Xəbər lenti

Şamil Basayevin adamlarından daha biri Kubanda həbs edildi
Dünya12:46 30.04.2021

Şamil Basayevin adamlarından daha biri Kubanda həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krasnodar Vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları 1999-cu ildə Dağıstanda hərbçilərə hücum edən Basayev və Xattab dəstəsinin üzvü olduğu iddia edilən bir nəfəri həbs edib.
Qaynarinfo xəbər verir ki, saxlanılan Aleksandr Ponomarenko hazırda təcili istintaq və prosessual hərəkətlərdən keçir. Müstəntiqlər onun silahlı qrupdakı rolunun nə olduğunu öyrənməyə çalışırlar.
İstintaqa görə, Ponomarenko 1999-cu ildə Dağıstanda hərbi qiyama cəhd edən terrorçular Şamil Basayev və Xattabın rəhbərlik etdiyi dəstəyə könüllü olaraq qoşulub.
Dəstədə ən azı min silahlı olub. 1999-cu ilin avqustunda respublikanın Dəstə Botlik bölgəsində rus hərbçilərə hücum edib. Kütləvi atışma nəticəsində 33 nəfər ölüb, 34 nəfərsə yaralanıb.
Mart ayında dəstənin digər üzvü Mavlimberdi Akbulatova hökm oxunub. Məhkəmə onu 14 il həbs cəzasına məhkum edib.
 
Alpər