Xəbər lenti

Samir Məmmədovdan iki təyinat
Ekonomiks07:52 10.06.2021

Samir Məmmədovdan iki təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom” MMC-nin baş direktor əvəzi Samir Məmmədov özünə 2 müşavir təyin edib.
"Report”un əldə etdiyi məlumata görə, bunlar Cəfər Əbülfəz oğlu Yusifov və Orxan Emin oğlu Cavadlıdır.
Xatırladaq ki, S.Məmmədov həm də nazirliyin aparat rəhbəridir və "Aztelekom"un keçmiş baş direktoru Suat Paşayev vəzifəsindən azad edildikdən sonra onu müvəqqəti əvəz edir.