Xəbər lenti

Samsung-un yeni "bomba"sı S4 (FOTOLAR)
Dünya07:36 15.03.2013

Samsung-un yeni "bomba"sı S4 (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəhayət bu gecə Bakı vaxı ilə saat 04:00-da New York-da Samsung-un yeni "bomba"sı Galaxy S4 təqdim edildi. Uzun müddət idi ki, bu telefonun fotoları tez-tez dünya mətbuatına sızırdı. Və bu sızan fotoların əslində həqiqət olduğu aydın oldu.

Qaynar.info-nun məlumatına görə telefon sektorunda iri rəqiblərinin qarşısına çıxmağa çalışan Samsung, Galaxy S4-ü əvvəlki modellərinə nisbətən daha funksional edib. Telefonun 5 düymlük AMOLED Full HD (1920-1080) ekranı var. Əməliyyat sisitemi ən yeni nəsil- Android 4.2.2-dir. Ən əsas üstünlüklərindən biri isə telefonun 2 GB-lıq DDR3 ram var. Əvvəlki modellərə nisbətən S4 çox nazik bir formaya malikdir. Çəkisi isə 130 qramdır.

Telefonun axra kamerası 13 MP-dir. Öndəki kamera isə 2 MP-dir. Bu iki kameranı eyni vaxtda işlətmək mümkündür. Bu isə gürüntülü danışqalar üçün dahada avatnajdır.  Telefonun 16, 32 və 64 Gb-lıq 3 fəqrli yaddaşa malik modelləri var. Bundan əlavə Micro sd dəstəyi ilə də yaddaşı daha da artırmaq mümkündür.

Digər ən diqqət çəkən ütünlük isə telefonun batareyasıdır. Beləki S4-ün batareyası 2600 mAh-dir. Bu isə o deməkdir ki bu telefonla bütün gün ərzində çox rahatlıqla danışmaq, intentedə gəzmək, foto-video və musiqi imkanlarından yetərincə istifadə etmək olacaq. Telefonun WiFi, GPS, NFS, Bluetooth 4.0, 3G, 4G dəstəyi var.

Qeyd edək ki, Samsung hələki bu yeni "bomba"sının qiymətini açıqlamayıb.

Qaynar.info