Xəbər lenti

Samvel Babayan həbs olundu
Dünya19:40 24.03.2017

Samvel Babayan həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cümə günü, martın 24-də Yerevanda məhkəmə Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayanın 2 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri” portalına Babayanın vəkili Avetis Kalaşyan bildirib.

O, Babayana ittihamın Cinayət Məcəlləsinin hansı maddəsi ilə irəli sürüldüyünü dəqiqləşdirməyib, bununla birlikdə qeyd edib ki, ittiham əsassızdır.

Xatırladaq ki, S.Babayan Ermənistanda silahlı çevrilişə cəhdlə bağlı başlanmış iş çərçivəsində həbs edilib.

Qaynar.Az