Dünya 19:16 17.07.2022

"Sanksiyalar olmasaydı, Rusiya Ukraynanı yeyərdi" - Borrell

"Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyaları işə yarayır, lakin istənilən effekti əldə etmək üçün vaxt lazım ola bilər".

Qaynarinfo xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Jozef Borrel deyib.

"Sanksiyalar strateji səbir tələb edir, çünki istənilən effekti əldə etmək uzun müddət tələb edə bilər”, deyə Borrell bildirib.

Borrelin sözlərinə görə, Aİ sanksiyaları Rusiyada 1200-ə yaxın şəxs və 100-ə yaxın təşkilatı, həmçinin Rusiya iqtisadiyyatının əhəmiyyətli sayda sektorunu hədəf alır. Qəbul edilən əsas sanksiyalardan biri 2022-ci ilin sonuna kimi Aİ-nin neft tədarükünün 90%-nin Rusiyadan alınmasının dayandırılmasıdır:

"Rusiya öz neftini başqa bazarlara sata bilər, lakin bu üstünlük Rusiya Federasiyasının hər barelə görə yüksək endirimlər etməyə məcbur olması ilə məhdudlaşır (Rusiya nefti dünya üzrə orta qiymətdən təxminən 30 dollar ucuz satılır)".

"Putin siyasi könüllülüyün sehrli gücünə inanır. Lakin bu, əbədi davam edə bilməz... Sanksiyalar qısa müddətdə Rusiyanın trayektoriyasını dəyişməsə belə, bu, onların faydasız olması demək deyil, çünki onlar resursların həcminə təsir edir. Sanksiyalar olmasaydı, Rusiya, necə deyərlər, piroqunu alıb yeyərdi. Sanksiyalarla o, kərə yağı ilə silah arasında seçim etmək məcburiyyətində qalacaq", Borrel qeyd edib.

 
Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketi:

Avropa Komissiyası iyulun 15-də Rusiyaya qarşı altı hərtərəfli və görünməmiş sanksiyalar paketinin effektivliyini qorumaq və gücləndirmək üçün yeni tədbirlər paketi üzrə birgə təklifi təsdiqləyib.

7-ci paket Rusiya qızılının idxalına qadağa qoyulmasını, eyni zamanda ikili təyinatlı mallara və qabaqcıl texnologiyalara ixrac nəzarətini gücləndirməyi nəzərdə tutur.

Həmçinin, yeni tədbirlər Aİ-də aktivlərin dondurulması tədbirlərini gücləndirmək üçün hesabat tələblərini gücləndirməlidir.

16 iyul 2022-ci ildə Litvanın keçmiş müdafiə naziri və keçmiş xarici işlər naziri Linas Linkeviçius Aİ-nin sanksiya siyasətini tənqid edib. O, bildirib ki, Aİ Rusiyaya qaz və neft üçün Ukraynaya yardımdan daha çox pul göndərib.
 

Aydın