Xəbər lenti

Sanksiyalara görə Rusiyanın ən böyük kömür emalı zavodu bağlanır
Dünya07:15 07.09.2022

Sanksiyalara görə Rusiyanın ən böyük kömür emalı zavodu bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kuzbasda Krasnoqorsk iri kömür emalı zavodunun fəaliyyəti dondurulacaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə vilayət vitse-qubernatoru Andrey Panov özünün Teleqram kanalında məlumat verib.
Prokopyevsk şəhərində müəssisənin bağlanmasına səbəb Qərbin sanksiyaları fonunda satışla bağlı çətinliklər olub.
Panov deyib ki, Uzaq Şərq limanları istiqamətində kifayət qədər dəmir yolu tutumu yoxdur, qərb istiqamətində isə Aİ-nin Rusiya kömürünə embarqosu mane olur. Nəticədə iyul ayı üçün maaş borcları yaranıb.
Krasnoqorskda ümumilikdə 206 nəfər çalışır. Eyni zamanda, 60 işçi konservasiya üçün qalacaq, qalanları başqa fabrikə köçürüləcək və ya tikinti təşkilatlarında vakant yerlər təklif olunacaq.
Alpər