Xəbər lenti

Sankt-Peterburqdan sonra Moskvada Putinə qarşı qiyam: Deputatlar istefasını tələb edir
Dünya12:40 10.09.2022

Sankt-Peterburqdan sonra Moskvada Putinə qarşı qiyam: Deputatlar istefasını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Lomonosovski rayonunun bələdiyyə deputatları prezident Vladimir Putinə müraciət edərək, uğursuz xarici və daxili siyasətə görə istefa verməyi tələb ediblər. 
Qaynarinfo xəbər verir ki, onların bəyanatı rayonun rəsmi saytında dərc olunub.
Mətndə deyilir ki, Putinin ikinci prezidentlik müddətindən sonra "hər şey tərsinə gedir”: ÜDM ikiqat artırılmayıb, minimum əmək haqqı vəd edilən səviyyəyə qalxmayıb, ağıllı və zəhmətkeş insanlar kütləvi şəkildə Rusiyanı tərk edir, sabitlik yoxdur.
Müraciət müəllifləri qeyd ediblər ki, Vladimir Putinin dövründə dünya Rusiyadan qorxmağa və nifrət etməyə başlayıb, ölkə nüvə şantajçısına çevrilib, Rusiya rəsmilərinin ritorikasında dözümsüzlük və aqressivlik hökm sürür:
"Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, sizdən xahiş edirik ki, baxışlarınız, idarəetmə modeliniz ümidsiz şəkildə köhnəlib və Rusiyanın inkişafına və onun insan potensialına mane olduğuna görə vəzifənizdən istefa verin”.
Deputatlar paytaxt meri Sergey Sobyaninə də müraciət edərək, məmurların təzyiqi, bürokratik əngəllər, real səlahiyyətlərin olmaması səbəbindən yaşadıqları rayonda bir çox problemlərin həllinin mümkünsüzlüyünü bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin deputatları Dövlət Dumasından Putini hakimiyyətdən uzaqlaşdırmağı və ona qarşı dövlətə xəyanət işi başlamağı xahiş ediblər. Onların fikrincə, prezident Ukraynada müharibəyə başlamaq qərarı ilə Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirilib, Rusiya iqtisadiyyatının dağılmasına start verilib, savadlı insanlar ölkəni tərk edir, xarici şirkətlər gedir. Daha sonra müraciəti imzalayan deputatlara qarşı Rusiya ordusunu "diskreditasiya” maddəsi ilə protokollar tərtib edilib.
Nizami Bağırov