Xəbər lenti

Santa Klauslar bir-birini döydü
Dünya12:16 17.12.2013

Santa Klauslar bir-birini döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nyu-York polisi dava edən sərxoş Santa-Klausların axtarışına başlayıb


Amerika polisi Nyu-Yorkda Santa Klaus kostyumunda olan şəxslərin kütləvi davasını araşdırır. Həvəskar kamera ilə çəkilmiş, eləcə də təhlükəsizlik kamerasına həkk olunan kadrlarda sərxoş olduğu ehtimal edilən Santa Klausların əlbəyaxa olaraq, bir-birini döymələri əks olunub. Dava edən şəxslərin ənənəvi «Santa kon» şənliyinin iştirakçıları olduğu bildirilir.

Santa-Klausların davasının kadrları «Youtube» video-portalına yerləşdirildikdən sonra onu qısa vaxt ərzində 150 minə yaxın adam izləyib. Bu video sayəsində Nyu-York polisi araşdırmaya başlayıb, lakin hələlik saxlanılanların olub-olmaması barədə məlumat verilmir.

1994-cü ildə San-Fransiskoda yaranan «Santa Kon» ənənəsi sonradan minlərlə Santa Klausun iştirak etdiyi şənliyə çevrilib və hazırda dünyanın 44 ölkəsinin 300 şəhərində bu şənlik keçirilir.


Qaynar.info