Xəbər lenti

Santuş millimizdə qələbə qazana bilməyən ilk əcnəbi baş məşqçi oldu - Antirekorda imza atdı
İdman 14:43 08.09.2025

Santuş millimizdə qələbə qazana bilməyən ilk əcnəbi baş məşqçi oldu - Antirekorda imza atdı

Portuqaliyalı baş məşqçi Fernandu Santuş Azərbaycan millisində qələbə qazana bilməyən ilk əcnəbi mütəxəssis kimi antirekorda imza atıb. 

"Report"un məlumatına görə, yığma onun rəhbərliyi altında keçirdiyi 11 matçın 9-da məğlub olub, 2-də heç-heçə edib. 

2007-2008-ci illərdə müvəqqəti bu posta təyinat alan və üç görüşdə bir heç-heçə, iki məğlubiyyətlə yadda qalan Qyoko Haciyevskidən başqa heç heç bir mütəxəssis belə göstərici ilə yadda qalmayıb.  

Komanda braziliyalı Karlos Alberto Torreslə 2 qələbə, 5 heç-heçə, 11 məğlubiyyət, almaniyalı Berti Foqtsla 15 qələbə, 22 heç-heçə, 34 məğlubiyyət, Robert Prosineçki ilə 6 qələbə, 6 heç-heçə, 11 məğlubiyyət, Nikola Yurçeviçlə 1 qələbə, 2 heç-heçə, 7 məğlubiyyət, Canni De Byazi ilə 10 qələbə, 8 heç-heçə, 21 məğlubiyyət əldə edib. 

Azərbaycan millisi son olaraq sentyabrın 5-də, DÇ-2026-nın seçmə mərhələsindəki ilk görüşündə səfərdə İslandiyaya məğlub olub - 0:5. 

Qeyd edək ki, yığma sentyabrın 9-da Bakıda Ukraynanı qəbul edəcək. Komandanı oyuna Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->