Xəbər lenti

Şarapova bu titulundan məhrum edildi
Dünya15:51 15.03.2016

Şarapova bu titulundan məhrum edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birləşmiş Millətlər Təşkilatı qurumun xoşməramlı səfiri olan rusiyalı idmançı Mariya Şarapova ilə əməkdaşlığa xitam vermək qərarına gəlib.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“BMT-nin İnkişaf Proqramı işimizə verdiyi dəstəyə görə Şarapovaya minnətdardır. Bununla yanaşı, son hadisələr fonunda biz Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul etmişik”, - deyə BMT-nin bəyanatında qeyd edilir.

Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi. Martın 7-də məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. “Porshce”, İsveçrə saat firması TAG Heuer və NİKE kimi məşhur brendlər də tennisçi ilə əməkdaşlığı dayandırıblar. (apa)

Qaynar.info