Xəbər lenti

Sarı qızdırma 42 nəfərin həyatına son qoydu
Dünya11:12 28.01.2017

Sarı qızdırma 42 nəfərin həyatına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada son bir neçə həftə ərzində sarı qızdırma xəstəliyindən 42 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, faktı Braziliya Səhiyyə Nazirliyi də təsdiq edib.
Qurumun məlumatına görə, son günlər 107 şübhəli ölüm faktı yoxlanılıb və onlardan 42 nəfərin məhz bu xəstəlikdən öldüyü məlum olub.
Digər 65 nəfər barəsində yoxlamalar davam edir.
Bundan başqa, sarı qızdırma xəstəliyinin simptomlarını daşıya biləcək 555 nəfər xəstəxanalara yerləşdirilib.
Qaynarinfo.Az