Xəbər lenti

Sarkisyan Abdullah Gülə başsağlığı verdi
Dünya05:36 15.05.2014

Sarkisyan Abdullah Gülə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan prezidenti Serj Sarkisyan Somadakı mədən faciəsi ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə başsağlığı verib.

ANS PRESS-in məlumatına görə, xəbəri Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Xatırladaq ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində faciə baş vermişdi. Türkiyə enerji və təbii sərvətlər naziri Taner Yıldız yerli vaxtla saat 22.00-də (Bakı vaxtıyla 00.00) jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirmişdi.

Qaynar.info