Xəbər lenti

Sarkisyan: “Biz heç vaxt öz xalqımızı müharibə ilə qorxutmamışıq”
Dünya10:02 09.04.2013

Sarkisyan: “Biz heç vaxt öz xalqımızı müharibə ilə qorxutmamışıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Problemin qəti həllinə nail olana qədər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması xarici siyasətdə bizim prioritetimiz olaraq qalacaq”. 

APA-nın verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan inauqurasiya çıxışında deyib. 

O bildirib ki, Ermənistan öz təhlükəsizlik səviyyəsini yüksəltmək üçün ardıcıl çalışmağa davam edəcək: “Hadisələrin mümkün neqativ inkişafı halında düşməni dayandırmağın və sülhü qorumağın vacibliyi müzakirə predmeti ola bilməz. Biz heç vaxt öz xalqımızı müharibə ilə qorxutmamışıq. Üstəlik, bu mövzudan opponentləri susmağa məcbur etmək üçün də istifadə etməmişik. Lakin biz həmişə belə bir təhlükənin mövcud olduğunu səmimi və realist şəkildə qeyd etməyi öz borcumuz saymışıq. Ermənistan xalqından aldığım etimadın gücü ilə bəyan edirəm: biz müharibə istəmirik, lakin eyni zamanda istənilən təhdidə cavab verməyə hazırıq”.

Qaynar.info