
Yaxın günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə gedəcək.
Qaynar.info xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti məlumat yayıb.
Səfər zamanı Sarkisyanın Fransa prezidenti Fransua Ollandla görüşü planlaşdırılır. Qəzet eyni zamanda bildirib ki, Ermənistanın müstəqillik günü münasibətilə Olland Sarkisyanı Fransaya dəvət edib.
Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bildirmişdi ki, bu il ərzində erməni hökuməti Ollandın İrəvana səfərini gözləyir.
Qaynar.info