
APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan «Qolos Rossii» radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə sənədləri ratifikasiya etməsə, Ermənistan protokolların ratifikasiyası məsələsini parlamentinin gündəliyindən çıxararaq, onun imzasını etibarsız saya bilər: “Bu baş verərsə və gələcəkdə rəsmi Ankara bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, yeni danışıqlar aparılacaq, yeni şərtlər olacaq”.