Xəbər lenti

Sarkisyan üsyançılarla danışıqlara başlayır
Dünya10:11 18.07.2016

Sarkisyan üsyançılarla danışıqlara başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jirayr Səfilyan Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır.

Qaynarinfo.Az virtualaz.org-a istinadən bildirir ki, bunu həbsdə olan Jirayr Səfilyanla görüşdən sonra ASALA terror təşkilatının keçmiş üzvü, "Təsis parlamenti"nin üzvü Alik Yeniqomşyan deyib.

Eyni zamanda, "Arabo" dəstəsinin komandiri, general Manvel Yegiazaryan Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, ələ keçirilmiş polis binasına hücum edilməsin.

"Hakimiyyət uşaqları hücumla ələ keçirmək istəsə, bu, xalqın böyük qəzəbinə səbəb olacaq", - o deyib.

İrəvanda polis bölməsini ələ keçirmiş silahlı dəstənin üzvlərindən biri Varujan Avetisyan bildirib ki, o, həbs olunmuş liderləri Jirayr Səfilyanla əlaqə saxlaya bilib. Bu barədə erməni mənbələri məlumat veriblər.

Onun sözlərinə görə, Səfilyan vəziyyətin normallaşdırılması üçün üçüncü variantı təklif edib və hazırda bu, hakimiyyət nümayəndələri ilə müzakirə edilir. Avetisyan onu da əlavə edib ki, onların və girovlarının yeməyə ehtiyacı var.

Qeyd edək ki, silahlı qrupun üzvləri təslim olmayacaqlarını bildiriblər və hücum olacağı təqdirdə sona qədər mübarizə aparacaqlar. Qeyd olunub ki, üsyançılar hakimiyyətin dəyişdirilməsi və Jirayr Səfilyanın azad edilməsi tələblərindən geri çəkilməyiblər. Öz hərəkətlərində onlar ictimai dəstəyə arxalandıqlarını bildiriblər.

Qaynarinfo.Az