Xəbər lenti

Sarkisyanın biabırçı səfəri
Dünya14:40 10.07.2014

Sarkisyanın biabırçı səfəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentinaya səfər zamanı prezident Kristina Kirşnerin qəbuluna düşə bilməyən Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin “La Nacion” nəşrinə müsahibə verib.

Anspress-in məlumatına görə, Kristina Kirşnerin Serj Sarkisyanı rədd etməsinə baxmayaraq, erməni lider onu qondarma soyqırımın gələn ilə planlaşdırılan 100 illiyi tədbirlərinə dəvət etməkdən də əl çəkməyib.

Müsahibə zamanı Sarkisyan ermənilərin irəli sürdüyü uydurma soyqırım iddialarının Türkiyə tərəfindən qəbul edilməməsinə də toxunub: “Türkiyə təkid edir ki, biz arxivləri açaq və erməni xalqının soyqırıma uğraması barədə konkret faktlər təqdim edək. Biz Türkiyə prezidentini dəvət etmək istəyirik ki, erməni soyqırımının 100 illiyinə həsr olunmuş mərasimə gələcək yüz minlərlə insanı öz gözü ilə görsün. Bəlkə onda düşünər ki, heç bir sübuta ehtiyac yoxdur”. 

Yəni qəribə məntiqdir, Türkiyə dəlil tələb edir, Ermənistan prezidenti isə bunun əvəzinə telepatik ünsiyyət təklif edir. 

Qaynar.info