Xəbər lenti

Sarkisyanın daha bir qardaşı həbs edilir
Dünya06:11 08.07.2018

Sarkisyanın daha bir qardaşı həbs edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın sabiq prezident və baş naziri Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyan barədə axtarış elan edilib.
Qaynarinfo erməni KİV-inə istinadən xəbər verir ki, Sarkisyan ailəsinin üzvləri qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair informasiya verməkdən yayınmaqda ittiham edilirlər. Levon Sarkisyan barədə həbs qərarı verilib, qızı Ani və oğlu Narekə isə ölkəni tərk etmək qadağan edilib.
Qeyd edək ki, Levon Sarkisyan İordaniya, Suriya, Tunis kimi ölkələrdə səfir vəzifəsində çalışıb.
Sarkisyanın digər qardaşı Aleksandr və oğulları barədə də ötən günlərdə istintaq prosesinə start verilmiş həbs edilmişdilər.
Gülşən