Xəbər lenti

Sarkisyanın partiyası Paşinyan hakimiyyəti ilə hər hansı müzakirəni istisna etdi
Dünya15:08 30.12.2020

Sarkisyanın partiyası Paşinyan hakimiyyəti ilə hər hansı müzakirəni istisna etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın partiyası olan Ermənistan Respublika Partiyası (ERP) hazırki hakimiyyətlə hər hansı məsələni müzakirə etməyi istisna sayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı ERP-in mətbuat xidməti yayıb. Bildirilib ki, Paşinyan hakimiyyəti ilə hər hansı, dialoqdan, müzakirədən, sövdələşmə və razılaşmadan söhbət belə gedə bilməz.
Qeyd edək ki, müxalif Çiçəklənən Ermənistan Partiyası və İşıqlı Ermənistan Partiyası sədr səviyyəsində Nikol Paşinyanla müzakirələrə qatılmışdı.