
Fransız model, müğənni və nəhayət Fransanın eks-prezidentinin həyat yoldaşı Karla Bruninin "Little French songs" adlı yeni albomu bu gündən satışa çıxarılıb.
ANS PRESS-in verdiyi məlumata görə, albom artıq məzmununa görə polemikaya səbəb olub. Belə ki, mahnıların birində Bruninin hazırki prezident Fransua Olandı ələ salmasından şübhələnirlər. Albomdakı bəzi mahnılar - "J arrive a toi", "Mon Raymond", "Chez Keith et Anita" artıq Fransanın radio və telekanallarında səslənir.
Xatırladaq ki, Karla Bruni sayca 4-cü olan yeni albomunu 2011-ci ildə buraxmalı idi. Lakin o zaman Fransada prezident seçkiləri keçirildiyindən həyat yoldaşı Sarkozinin seçki kampaniyasına zərər verməmək üçün bunu təxirə salınmışdı.
Qaynar.info