Fransanın keçmiş prezidenti Nikola Sarkozinin qanunsuz pulması ilə bağlı məhkəmə işini aparan hakim təhdid olunub.
Qaynar.info-nun məlumatına görə, bu barədə "Le Parisien" qəzeti xəbər yayıb.
Qəzet bildirib ki, Jan Mişel Jantilə məktub aprelin 27-də göndərilib. Məktubun içərisində isə boş giliz olub.
Məktubun kim və ya kimlər tərəfindən göndərildiyi məlum deyil. Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qaynar.info