Yunanıstanın Santorini adası sahillərində dayanmış lüks qayıqda aşbaz işləyən E.G.S adlı qadın, Bodrum prokurorluğuna müraciət edərək kapitan tərəfindən zorlandığını iddia edib.
Bu gün prokurorluqda ifadəsi alınan 36 yaşlı qadın bildirib ki, qayığın kapitanı ona, qayığı havanın pis olması səbəbindən Kos adası sahillərində saxladığı vaxt təcavüz edib.
Müstəntiqin suallarını cavablandıran EGS baş verənləri olduğu kimi danışıb: “Kapitanın təcavüzünə uğradım, sonra da Sahil Mühafizə Xidmətinə zəng edərək, təhlükədə olduğumu və məni qayıqdan götürmələrini xahiş etdim. Onlar da gəmi ilə gəlib məni sahilə çıxartdılar. Artıq hadisənin istintaqda araşdırması gedir, ümid edirəm ədalət yerini tutacaq”.
Qeyd edək ki, qadının aşbaz kimi işə başladığı 32 metrlik “Leydi Diane” lüks qayığı, Fransanın keçmiş prezidenti Nicola Sarkozinin Rusiya üzrə məsləhətçilərindən J.P.T-yə məxsus olub. Qadın əvvəllər bəzi televiziya proqramlarında və beş ulduzlu otellərdə aşbazlıq edib.