
2007-ci ildəki seçki kampaniyasında kosmetika nəhəngi L Oreal şirkətinin rəhbəri Lilian Bettenkurdan qanunsuz olaraq maddi dəstək almaqda ittiham edilən Fransanın eks prezidenti Nikola Sarkozi ilə bağlı istintaq davam edir.
Qaynar.info-nun məlumatına görə, məhkəmə Sarkoziyə qarşı prezidentlikdən sui-istifadə etmək maddəsilə cinayət işi açılmasını tələb edib.
Məhkəmənin Nikola Sarkozinin 2007-ci ildə bir neçə dəfə Bettenkurun evinə getdiyini araşdırdığı da bildirilib.
Dünən günorta saatlarında Bordo şəhər məhkəməsinə gələn Sarkozi gecə saatlarına qədər orada saxlanılaraq, Bettenkurun 4 işçisi ilə üzləşdirilib.
Sarkozinin vəkili Tierri Herzoq isə məhkəmə qərarının qanunsuz olduğunu və apelyasiya şikayəti verəcəklərini deyib.
Qaynar.info