Xəbər lenti

SARS-CoV-2-nin daha çox yoluxucu variantları necə ortaya çıxır? - Alimlər
Sağlamlıq14:42 02.07.2021

SARS-CoV-2-nin daha çox yoluxucu variantları necə ortaya çıxır? - Alimlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni virus suşlarının antikorlara qarşı daha yüksək yoluxma qabiliyyətinin səbəbi sünbül zülalında əvvəllər bilinməyən dəyişikliklərlə izah olunur. 
Məsələn, alfa və delta variantlarında bu dəyişikliklər fərqlidir, buna görə sonuncular qısa müddətdə Hindistan və digər ölkələrdə sürətlə yayılıb.
SARS-CoV-2 sünbül zülalındakı dəyişikliklər virusun daha sürətli ötürülmə və yayılma qabiliyyətini müəyyənləşdirir. 
Qaynarinfo xəbər verir ki, Duk Universitetinin tədqiqatçıları pandemiyanı nəzarət altına almağın yolunu tapmaq üçün bu proseslərin mexanikasını təyin etməyə çalışıblar.
Alimlər sünbül zülalındakı dəyişiklikləri və insan hüceyrələri ilə qarşılıqlı təsirlərini ətraflı öyrənmələrinə imkan verən SARS-CoV-2-nin struktur modellərini hazırlayıblar. Müşahidələr sünbül zülalının hərəkətinin mutasiyalarla dəyişdiyini göstərib. 
"Hamısı eyni problemi həll etməyə çalışsalar da (hüceyrəyə yoluxma), sünbül zülalının hərəkəti variantdan varianta dəyişir", - elmi araşdırmanın həmmüəllif Rory Henderson deyib.
Beləliklə, Braziliya və Cənubi Afrika variantlarının bir mexanizmi var, ancaq məsələn, ingilis variantının fərqli.
"Maraqlıdır, virusun daha çox yoluxucu olması üçün neçə variantı var. Təbiət çox ağıllıdır”, - həmmüəlliflərdən Sofi Qobayl deyir.
Bu kəşfin yeni peyvəndlərin və mövcud peyvəndlərin mükəmməlləşməsinə necə təsir edəcəyi hələ aydın deyil. Tədqiqatçıların fikrincə, SARS-CoV-2 inkişaf etdikcə sünbül zülalı yeni dəyişikliklərə məruz qalacaq.
Kanadalı alimlər bu yaxınlarda SARS-CoV-2-yə cavab olaraq immunitet sisteminin yeni bir müdafiə mexanizmini kəşf ediblər. Bu anlayış COVID-19-a qarşı aerosol peyvəndlərinin yaradılmasına imkan verəcək.
Alpər