Xəbər lenti

Saşa İliç Ayxan Abbasovdan üzr istədi
İdman 20:00 30.11.2025

Saşa İliç Ayxan Abbasovdan üzr istədi

"Sumqayıt”ın baş məşqçisi Saşa İliç "Şamaxı” ilə matçda Ayxan Abbasova qarşı etdiyi hərəkətə görə ondan üzr istəyib.

"Qafqazinfo” xəbər verir ki, o, mətbuat konfransında bu barədə danışıb:

"Səhv məndədir. Rəqib komandanın baş məşqçisindən üzr istəyirəm. Bu, futboldur, emosiyalar qaçılmazdır, lakin gərək bu hadisə yaşanmazdı. Mən özüm də keçmiş futbolçuyam, meydandakı gərginliyi anlayıram. Etdiyim jest konkret kiməsə ünvanlanmamışdı. Təəssüf ki, belə alındı”.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->