
Bu yaxınlarda "EurasiaNet.Org" resursunda, Gürcüstanda yeniyetmə fahişəliyinin artması və bunun ölkə üçün böyük problemə çevrilməsi barədə məqalə dərc edilib. ANN.Az həmin məqaləni oxucuların diqqətinə təqdim edir:
“Qızılgül İnqilabı meydanı və çox gözəl "Radisson-BluHotel" mehmanxanası yaxınlığında yarıdağınıq, bunker tipli sığınacağı olan çirkli yeraltı labirint yerləşir, burada türk və yaxın şərq rəqs musiqisi eşidilir. Bu yerdə spirtli içkilər verilir və striptiz göstərilir. Öz həyatlarının böyük qismini küçədə keçirmiş həddi-buluğa çatmamış qızlar üçün, gecə klubları fahişə kimi işləməyə imkan yaradır. Bu problem getdikcə daha böyük həyəcan və qorxu doğurur.
Dəqiq məlumatların yoxluğu onu deməyə əsas verir ki, 4,49 milyon əhalisi olan bu Cənubi Qafqaz ölkəsində nə qədər uşağın seksual istismara məruz qalmasını heç kəs bilmir. Bununla belə, sosial təminat üzrə mütəxəssislər iddia edirlər ki, uşaqların acınacaqlı ev həyatından qaçıb, pul qazanmaq üçün küçəyə çıxmasına səbəb yoxsulluq şəraitidir.
Uşaqların qurtuluşu üzrə 2002-ci ildə aparılmış tədqiqat göstərdi ki, Gürcüstanın dörd iri şəhərində (Tiflis, Kutaisi, Batumi, Rustavi) maksimum 1500 uşaq yaşayır, hərçənd "WorldVision" beynəlxalq humanitar təşkilatı bildirir ki, kimsəsiz uşaqların sayı 2500 nəfərə çatır.
Bu uşaqların əsas gəlir mənbəyi dilənçilikdir, bunun sayəsində onlar gündəlik 20-50 lari ($ 11-$ 30) pul qazanırlar. Bu məbləğ Gürcüstanın gündəlik orta əmək haqqına bərabərdir. Məlumatlar Gürcüstan Milli Statistika Bürosu tərəfindən verilmişdir".
Qaynar.info