Xəbər lenti

"Savaşı önləməyin tək yolu torpaqları qaytarmaq idi"- Paşinyan müxalifətə cavab verdi
Dünya06:05 29.12.2020

"Savaşı önləməyin tək yolu torpaqları qaytarmaq idi"- Paşinyan müxalifətə cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin ittihamlarına cavab verib.
Qaynarinfo xəbər verir ki, Paşinyan bu barədə "Facebook" səhifəsində paylaşım edib. O, müxalifətin tez-tez elastik siyasət yürüdüləcəyi halda müharibədən qaçmağın mümkün olduğu barədə danışmasını qəbul etməyib.
"Bizi ittiham edənlər niyə elastik siyasətlə 2016-cı ilin aprelində savaşı önləyə bilmədilər?.. Savaşı önləməyin bir yolu vardı: Torpaqları qaytarmaq!.. Bizi satqınlıqda suçlayanlar da var. Bizim 2 ildən bəri bir günahımız var. O da illərlə xalqdan soyulmuş pulları soyğunçulardan geri almamaq və bu pulla müharibəyə hazırlaşmamaq", - deyə Nikol Paşinyan əlavə edib.