Xəbər lenti

Saxta facebook-u olanlara cinayət işi...
Dünya05:00 04.03.2016

Saxta facebook-u olanlara cinayət işi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial şəbəkədə saxta hesab açmaq cinayət hesab ediləcək.

 İngiltərənin  Krallıq Məhkəməsi Təşkilatı twitter  və facebook sosial şəbəkələrində saxta hesab açaraq insanları narahat edən, təhqir edən və ən əsası haqlarında yalan söyləyən şəxslərə qarşı cəza tədbirlərinin görülməsinə dair plan hazırlayır. 

Musavat.com xəbər verir ki, təşkilat saxta hesab açmağı cinayət adlandırıb və onlara qarşı cinayət işinin açılması tələbi ilə çıxış edib. İngilis vəkil Alison Sanders deyib ki, bu cür insanlar elə düşünür ki, saxta profil arxasında gizlənmək olar və onları heç kim cəzalandırmayacaq. “Lakin bu belə deyil, cinayətkarlar internetdə ”öz ayaq izlərini buraxa bilər". Həmçinin vəkil bir şəxsin adından saxta profil açıb, yalan danışaraq o insanın etibarının itirilməsinin cinayət olduğunu qeyd edib.  Məhkəmənin rəhbəri Cenni Hopkins bildirib ki, sosial media qadınlara qarşı zorakılığın getdikcə artan maşınına çevrilib. 

Birləşmiş Millətlər Təşkilatının 2015-ci il hesabatına görə, Avropa Birliyi ölkələrində kiber zorakılığa məruz qalan 15 yaş və ondan yuxarı qadınların sayı 32 milyona çatıb.

 Qaynar.info