Sevimli qidalardan olan cipsilər bazarda çeşitliliyi ilə seçilir.
Müxtəlif növləri olan bu cipsilərin yalnız bir ortaq nöqtəsi var. O da hamısına müəyyən qədər hava vurulmasıdır. Xüsusilə böyük paketdə alınmış cipsini açarkən içinin cipsi yerinə hava ilə dolu olması insanı məyus edir.
Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, "Siege Media” maraqlı bir araşdırma aparıb. Araşdırma da hansı cipsi markalarında neçə faiz havadan istifadə olunması aydınlaşdırılıb. Sizlərə araşdırmanın nəticələrini təqdim edirik.