Dünya 12:55 25.11.2023

SBU rəhbəri: "Krım körpüsü məhvə məhkumdur, sürprizlər olacaq"

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk bildirib ki, qurum Krım körpüsünün dağıdılması və rus qoşunlarının işğal etdiyi ərazilərin geri alınması ilə bağlı çoxlu sürprizlər hazırlayır. O, bildirib ki, Krım körpüsü məhvə məhkumdur.

Qaynarinfo xəbər verir ki, SBU rəhbəri bu barədə qurumun "YouTube"da yayımlanan sənədli filmində bildirib.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, filmdə "SBU. Xüsusi Qələbə Əməliyyatları", Krım körpüsünün dağıdılması üzrə əməliyyatların hazırlanmasının təfərrüatları açıqlanıb. Vasili Malyuk 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda Krım körpüsünə edilən hücumları SBU-nun "uğurlu yanğın əməliyyatı" adlandırıb.

SBU rəhbəri bildirib ki, Krım körpüsü beynəlxalq hüquqa, müharibə qanunlarına və Ukrayna qanunvericiliyinə uyğun olaraq hücumlar üçün qanuni hədəfdir. Onun sözlərinə görə, körpüyə endirilən zərbələr nəticəsində Rusiya ordusunun silah və sursatla təchizatı çətinləşir, çünki bu logistik dəhliz artıq tam fəaliyyət göstərmir.

Krım körpüsünə ilk dəfə 2022-ci il oktyabrın 8-də hücum edilib. Daha partlayıcı daşıyan yük maşını partlayıb. Rusiya Federal Tədqiqat Xidməti partlayışıb arxasında Ukrayna hakimiyyətinin olduğunu bildirib. İyulun 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri iki yerüstü pilotsuz uçuş aparatı ilə Krım körpüsünə hücum edib. Partlayış nəticəsində körpünün yol hissəsi zədələnib, bir qız yaralanıb, valideynləri isə həlak olub.

2023-cü ilin oktyabrında Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk demişdi ki, Krım körpüsü Ukrayna hərbçiləri üçün mühüm hədəf olaraq qalır, lakin yalnız vəziyyət bunu tələb etdikdə məhv ediləcək.

Aydın