Xəbər lenti

SBU Ukraynada təhlükəsilik işçisi olan beş Rusiya agentini faş etdi
Dünya11:54 06.02.2024

SBU Ukraynada təhlükəsilik işçisi olan beş Rusiya agentini faş etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının keçmiş və indiki məmurlarının daxil olduğu Rusiya FSB-nin kəşfiyyat şəbəkəsinin zərərsizləşdirildiyini bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.
SBU-nun məlumatına görə, qrupun ümumilikdə beş üzvü saxlanılıb, onların arasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş məmurları, həmçinin SBU-nun regional şöbəsinin əməkdaşı da var. 
SBU-ya görə, bu şəxslərin vəzifəsi strateji əhəmiyyətli enerji obyektləri, Ukrayna hərbçilərinin şəxsi məlumatları və digər həssas məlumatlar haqqında kəşfiyyat məlumatlarını Rusiya tərəfinə ötürmək olub. Saxlanılanlar bir kuratorla - hazırda Krımda olan FSB zabiti ilə əlaqə saxlayıblar.
İstintaqın fikrincə, FSB qrup üzvlərini ailələrini öldürmək hədəsi, habelə pul mükafatları verməklə cəlb edib.
Nizami Bağırov