Xəbər lenti

"Səbail" növbəti mərhələyə vəsiqə qazandı
İdman13:37 10.12.2021

"Səbail" növbəti mərhələyə vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunda yeni mövsümə start verilib.
 
Qaynarinfo xəbər verir ki, 1/8 final mərhələsindən başlayan kubokda günün ilk görüşü Zaqatalada baş tutub. Zaqatala Olimpiya Kompleksinin stadionunda bölgənin eyniadlı klubu "Səbail"i qonaq edib. Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən 57-ci dəqiqədə Roini İsmayılov fərqlənib. "Sabail"in qollarını isə Mirsayib Abbasovla (2) Əfran İsmayılov rəqib qapısından keçirib.
Kubokun bu mərhələsində ev-səfər prinsipi olmadığına görə "Səbail" növbəti mərhələyə adlayıb. Aftandil Hacıyevin komandası 1/4 finalda "Zirə" ilə üz-üzə gələcək. Bu mərhələnin görüşləri 1-2 fevralda gerçəkləşəcək.
Səbuhi Həsənov