Xəbər lenti

"Səbail" Premyer Liqanın liderinə qalib gəldi
İdman14:02 07.11.2020

"Səbail" Premyer Liqanın liderinə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "Səbail" çempionatın lideri "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail"in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. "Gənclik şəhəri" təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran "Səbail" 6-cı pilləyə yüksəlib. "Sumqayıt" isə hələ ki, 15 xalla liderdir.
Qeyd edək ki, günün ilk matçında "Keşlə" "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. IX tura noyabrın 8-də keçiriləcək "Neftçi" - "Qarabağ" və "Sabah" - "Zirə" matçları ilə yekun vurulacaq.