Xəbər lenti

Səbinə Əliyevadan yaşı 65-i keçmiş məhkumlarla bağlı açıqlama
Ölkə09:36 07.04.2020

Səbinə Əliyevadan yaşı 65-i keçmiş məhkumlarla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaşı 65-i keçmiş 176 məhkum əfv edilib”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyevin humanist addımı nəticəsində həssas yaş qrupuna aid olan məhkumlar azadlığa buraxılıblar:
"Bu gün ölkə başçısının sərəncamı əsasında azadlığa buraxılan məhkumlardan ən ahılının 87 yaşı var. Bu əfv sərəncamı dövlət başçısının apardığı siyasətin, insan hüquqlarının qorunmasının bariz nümunəsidir”.