Xəbər lenti

Seçkidən sonra Ərdoğandan ilk açıqlama
Dünya15:12 14.05.2023

Seçkidən sonra Ərdoğandan ilk açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bildirib.
Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.