Xəbər lenti

Seçkidən sonra Rusiya vergiləri artıracaq - Müharibəni maliyyələşdirmək üçün
Dünya13:58 11.03.2024

Seçkidən sonra Rusiya vergiləri artıracaq - Müharibəni maliyyələşdirmək üçün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kreml seçkilər başa çatdıqdan dərhal sonra Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün vergiləri artırmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Vajnıye istorii” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, vergi islahatlarına baxılması Dövlət Dumasının 2024-cü ildə keçiriləcək yaz sessiyasına yeni hökumətin təsdiq olunmasından sonra təyin oluna bilər. Gözlənilir ki, dəyişikliklər gələn ildən qüvvəyə minəcək. 
Nəşrin məlumatına görə, Rusiya hökuməti ildə 1 milyon rubldan çox qazananlar üçün fiziki şəxslərin gəlir vergisini 13%-dən 15%-ə, 5 milyon rubldan çox qazananlar üçün isə 15%-dən 20%-ə yüksəltməyi planlaşdırır. Mənfəət vergisinin 20%-dən 25%-ə qaldırılması da nəzərdən keçirilir.
Gözlənilir ki, fiziki şəxslərin gəlir vergisinin artırılması Rusiyanın büdcəsinə ildə təxminən 450 milyard rubl (təxminən 4,9 milyard dollar), mənfəət vergisi isə hər il təxminən 2 trilyon rubl (təxminən 22 milyard dollar) gəlir gətirəcək.
Nizami Bağırov