Xəbər lenti

Seçkilərin ilkin nəticələri açıqlandı
Dünya06:12 09.09.2013

Seçkilərin ilkin nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvada keçirilən mer seçkilərində Rusiya paytaxtının meri vəzifəsini icra edən Sergey Sobyanin 51,33%, müxalifətçi namizəd, məşhur blogger və biznesmen Aleksey Navalnı isə 27,27% səs toplayıb.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Moskva şəhər Seçki Komissiyası açıqlama yayıb.
 
Sonrakı yerlərdə kommunist İvan Melnikov (10,70%), “Yabloko” lideri Sergey Mitroxin (3,51%), Dövlət Dumasının RLDP-dən olan deputatı Mixail Deqtyarev (2,86%), “Ədalətli Rusiya”nın rəhbəri Nikolay Leviçev (2,79%) qərarlaşıb.
 
Seçkilərin ilkin nəticələrini qiymətləndirən A.Navalnının seçki qərargahı onları tanımaqdan imtina edib, namizədin özü isə seçkilərin nəticələrinin ləğv olunmasını tələb edib: “Hesab edirik ki, seçkilərin ikinci turu keçirilməlidir”.
 
Öz növbəsində S.Sobyanin yekun nəticədə qalib olacağına inandığını bəyan edib.

Qaynar.info