Xəbər lenti

Seçkilərin vaxtı yenə dəyişdi
Dünya04:59 04.07.2013

Seçkilərin vaxtı yenə dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident adiminstrasiyası bundan əvvəlki tarix dəyişikliyini texniki xəta ilə izah etmişdi
Gürcüstanda prezident seçkilərin keçirilmə tarixi növbəti dəfə dəyişdirilib. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Prezident administrasiyasının rəhbəri Andro Barnov səsvermənin oktyabr ayının 27-də keçiriləcəyini dəqiqləşdirib. 
Bundan əvvəl də Mixail Saakaşvilinin qərargahı seçkilərin oktyabrın sonuncu bazar günününə təsadüf edəcəyini bildirsə də, sonradan administrasiya texniki xəta ucbatından seçki tarixinin düzgün elan olunmadığını və seçki gününü oktyabrın 31-ə düşdüyünü bəyan etmişdi. 
Gürcüstan mətbuatına görə, seçki tarixinin əvvəlki təyinat vaxtına qaytarılması, prezident iqamətgahında qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşdən sonra qərara alınıb. QeHeTe- üzvləri oktyabrın 31-nin seçkilər üçün əlverişsiz olduğuna dair öz arqumentlərini ortaya qoyub. Barnov bu müzakirələrdən sonra, prezident Saakaşviliyə (həmin arqumentləri çatdırıb) və seçki tarixini əvvəlki kimi oktyabrın 27-ə qaytarmaq qərara alınıb./anspress/