ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizədə rəqiblərini xeyli qabaqlayır.
Qaynarinfo xəbər verir ki, bunu "The New York Times” və Siena Kollecinin keçirdiyi sorğunun nəticələri
sübut edir.
Respondentlərin 54%-i Trampa səs verməyə hazırdır, onun ən yaxın rəqibi Florida ştatının qubernatoru Ron DeSantis isə 17% səs toplayır. Başqa heç bir namizəd 3%-dən çox bal toplaya bilməyib.
Sorğu göstərir ki, Tramp demək olar ki, hər bir demoqrafik qrup və regionda, eləcə də partiyanın hər bir ideoloji qanadında həlledici üstünlüyə malikdir.
O, kişilər və qadınlar, gənc və yaşlı seçicilər, mötədillər və mühafizəkarlar, kolleci bitirənlər və bitirməyənlər, eləcə də şəhərlərdə, şəhərətrafı ərazilərdə və kənd yerlərində geniş fərqlə liderlik edir.
Nizami Bağırov
Şərhlər