Türkiyədə mütəşəkkil cinayətkar qruplar yaradaraq onlara rəhbərlik etməkdə təqsirləndirilən, ölkə xarıcində yaşayan Sedat Pekerin evinə silahlı hücum olub.
Qaynarinfo xəbər verir ki, İstanbulun Beykoz rayonunda baş verib.
Hücum edənlər evə İskenderundan icarəyə götürülən Hatay qeydiyyat nişanlı avtomobillə yaxınlaşıb və qapıdakı mühafizəçiyə atəş açaraq qaçıblar.
Üç güllə yarası alan mühafizəçi Yılmaz Günaya Beykoz Dövlət Xəstəxanasına çatdırılıb.
Aydın