
Bağdadda İraqın keçmiş təhlükəsizlik naziri, ölkəınin sabiq prezidenti Səddam Hüseynin ögey qardaşı Sabavi İbrahim əl-Hasan ölüb.
ANS PRESS-in İnterfax-a istinadən verdiyi məlumata görə, Səddam Hüseynin qardaşı xərçəng xəstəliyindən dünyasını dəyişib.
Səddam Hüseynin devrilməsindən sonra əl-Hasan Suriyaya qaçmışdı. O, 2005-ci ilin fevralda həbs edilərək rəsmi Bağdada təhvil verilmişdi. Vətənində ona kütləvi qətllərdə iştirakda ittiham edilərək ölüm hökmün kəsilmişdi.