Xəbər lenti

Səddam Hüseynin sağ qolu İraqı müharibə ilə hədələdi
Dünya09:07 09.04.2018

Səddam Hüseynin sağ qolu İraqı müharibə ilə hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqın sabiq prezidenti Səddam Hüseynin sağ qolu hesab olunan İzzət İbrahim Əl Duri video yayımlayaraq Bağdad hökümətinə müharibə elan edəcəklərini açıqlayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Facebook"da yayımlanan videoda Əl Duri İranın Yaxın Şərqə müdaxiləsini pisləyir və Səudiyyə Ərəbistanından kömək istəyir. İzzət İbrahim İraq hökümətindən Ərəb Sosialist Baat Partiyasının həbsdə olan üzvlərinin azad edilməsini tələb edib.
Qeyd edək ki, 2003-cü ildə Səddam Hüseynin hakimiyyətinin sona çatması ilə onun bir çox yaxın adamı öldürülmüş və ya həbs edilmişdi.
17 aprel 2015-ci ildə ABŞ əsgərlərinin təşkil etdiyi əməliyyat nəticəsində Səlahəddin ərazisində öldürüldüyü deyilən İzzət İbrahim Əl Durinin 3 il sonra peyda olması ABŞ-ı ələ salmaq kimi qiymətləndirilib.
Gülşən