Xəbər lenti

Sədr tərəfdarları ilə iranyönlülər arasında toqquşma oldu, ölənlər var
Dünya18:59 29.08.2022

Sədr tərəfdarları ilə iranyönlülər arasında toqquşma oldu, ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
23Bağdadda İraq Sədr hərəkatının lideri Müqtəda Sədr tərəfdarları ilə iranyönlü "Şiə Koordinasiya Çərçivəsi"nin tərəfdarları arasında toqquşma baş verib.
Qaynarinfo bu barədə "Əl-Ərəbiyyə" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlcə qruplar arasında şifahi münaqişə başlayıb, daha sonra tərəflər dəyənək və daşla bir-birinə hücum edib.
Haşd əş-Şaabi hərbi birləşməsinə bağlı şəxslər də Yaşıl Bölgədə Sədr tərəfdarlarına silahla hücum ediblər.
Qruplar arasında atışma yaşanıb.
"Əl-Ərəbiyyə"nin məlumatına görə, Bağdadda səkkiz nəfərin öldürülməsi ilə bağlı təsdiqlənməmiş xəbərlər yayılıb.
İraq hərbi qüvvələri də Yaşıl Zonada Sədr fəallarını dağıtmaq üçün havaya atəşə açıb.
İddialara görə, Bağdadın Yaşıl Zonasının mərkəzində yerləşən Amerika səfirliyinin əməkdaşlarının təxliyyəsinə başlanılıb.
Vurğulanır ki, bu gün İranı dəstəkləyən şiə qruplarının hərəkətlərinə etiraz əlaməti olaraq Müqtəda Sədrin İraq siyasi səhnəsindən uzaqlaşdığını elan etdikdən sonra Müqtəda Sədrin minlərlə tərəfdarı İraq prezident sarayına hücum edib və bu, Bağdad daxilində səyahətə məhdudiyyətlər qoyulmasına səbəb olub. 
Bağdadın mərkəzindəki Yaşıl Zonada vəziyyətin gərginləşdiyi və şəhərdə nəqliyyatın hərəkətinə qadağa qoyulmasının elanı ilə eyni vaxtda ordu qüvvələri Yaşıl Zonaya göndərilib.
Eyni zamanda, İranın Bağdaddakı səfirliyi bildiriş yayaraq, bu ölkə vətəndaşlarından İraq hökumətinin tətbiq etdiyi komendant saatı səbəbindən növbəti xəbərdarlığa qədər Bağdad, Kazimin və Samira şəhərlərinə səfərdən çəkinmələrini istəyib.
Qeyd edilir ki, bu, İran və onun şərq qonşularının təxminən beş milyon vətəndaşının "Ərbəin Hüseyni" yürüşündə iştirak etmək üçün İraqa getməyə hazırlaşdığı bir vaxta təsadüf edir.
Aydın