Xəbər lenti

Səfərbərliyə qarşı olan hərəkata cavab: Kreml Xüsusi Təyinatlılara əmr verdi
Dünya08:58 21.09.2022

Səfərbərliyə qarşı olan hərəkata cavab: Kreml Xüsusi Təyinatlılara əmr verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada xüsusi alayın əməkdaşları müharibə əleyhinə mitinqlər təhlükəsi ilə əlaqədar həyəcan təbili ilə toplanır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Baza” Telegram kanalı yazır.
Nəşrin məlumatına görə, bütün təhlükəsizlik xidməti əməkdaşlarından dəbilqədə, qalxan və dəyənəkdə olmaları tələb olunur. 1-ci və 2-ci xüsusi təyinatlı alaylar Moskva vaxtı ilə saat 14:00-da toplanır.
"Vesna” hərəkatı xalqı Rusiya prezidenti Vladimir Putinin elan etdiyi səfərbərliyə qarşı ümumrusiya etirazına çağırıb. Fəallar vətəndaşlara sentyabrın 21-i saat 19:00-da yaşadıqları şəhərin mərkəzində toplaşmağı təklif edirlər.
"Minlərlə rusiyalı kişisi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin cənginə düşəcəklər. Onlar nə üçün öləcəklər? Analar və uşaqlar nəyə görə göz yaşı tökəcəklər?” - hərəkatın müraciətində deyilir. 
Nizami Bağırov