Xəbər lenti

Səfir: “Ukraynadakı hadisələr Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərir”
Siyasət17:57 30.04.2014

Səfir: “Ukraynadakı hadisələr Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərir.

APA-nın ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi səhifəsinə istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən “Azərbaycan-ABŞ: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar deyib.
 
O bildirib ki, ötən illər ərzində Azərbaycan inkişaf yolunda qəti və cəsarətli kurs seçib.
 
Tədbirdə çıxış edən amerikalı konqresmen Mayk Doyl Azərbaycanı ABŞ-ın strateji və etibarlı tərəfdaşı adlandırıb. Digər konqresmen Robert Aderholt isə həmkarlarını Azərbaycana səfər etməyə və ölkə haqqında daha məlumatlı olmağa çağırıb.

Qaynar.info