Xəbər lenti

Səfirlikdən Misirdəki Azərbaycan vətəndaşları barədə - AÇIQLAMA
Dünya08:54 14.08.2013

Səfirlikdən Misirdəki Azərbaycan vətəndaşları barədə - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdə bu gün baş verən qarşıdurmalar nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Qarşıdurmalar nəticəsində xəsarət alan həmyerlilərimiz haqqında Azərbaycanın Misirdəki səfirliyinə məlumat daxil olmayıb. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Misirdəki səfirliyindən bildirilib.

Azərbaycan səfirliyi daha əvvəl bu ölkədə yaşayan həmyerlilərimizə müraciət edərək onları ayıq və ehtiyatlı olmağa çağırıb.

Misir ordusu bu gün səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Məlumatlara görə, etirazçıları dağıtmaq üçün hərbi texnika və odlu silahdan istifadə edilir.

Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 120-yə yaxın insan həyatını itirdiyi, 250-dən çox adamın yaralandığı bildirilir.

Qaynar.info