Xəbər lenti

Səfirliyin binasını partlatdılar
Dünya09:12 25.07.2013

Səfirliyin binasını partlatdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Liviyanın paytaxtı Triplodə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) səfirliyinin yerləşdiyi binaya hücum olub. 

Qaynar.info-nun məlumatına görə, şəhər təhlükəsizlik qüvvələrinin əməkdaşları jurnalistlərə bildiriblər ki, bir neçə nəfər naməlum şəxs səfirliyin binasına yaxınlaşaraq, qumbaraatanla binaya atəş açıblar. 

Hadisə nəticəsində xəsarət alan olmayıb, səfir isə ümumiyyətlə binada olmayıb. 

Hazırda polis partlayışı törədənlərin axtarışına başlayıb. 

Qaynar.info