
Ürəyin sağlam qalması üçün insanlar daima səhər yeməyi yeməlidir.
ANN.Az-ın verdiyi xəbərə görə, bunu ABŞ-ın Harvard Səhiyyə Məktəbinin alimləri bildirib.
Harvard alimlərinin 27 min kişi üzərində keçirdiyi təcrübəyə əsasən, səhər yeməyi yeməkdən imtina edənlərin ciddi ürək xəstəliklərinə tutulma riskinin yüksək olduğunu ortaya çıxarıb. Tədqiqatçılar səhər yeməyi yeməyən zaman bədənə daha artıq güc düşdüyünü bildirir.
Təcrübədə iştirak edən 45-82 yaşlı kişilər 16 il ərzində müşahidə edilib. Həmin vaxt ərzində təcrübə iştirakçılarının 1500-dən çoxu infark keçirib və onlardan bəziləri ürəklə bağlı xəstəliklərdən vəfat edib. Səhər yeməyi yeməyən şəxslərdə ürək xəstəliklərinə tutulma ehtimalının 27% çox olduğu müşahidə olunub.
Qaynar.info