Xəbər lenti

Şəhid ailələrinin ödənişsiz göz müayinəsi aparıldı (FOTOLAR )
Ölkə11:50 12.01.2022

Şəhid ailələrinin ödənişsiz göz müayinəsi aparıldı (FOTOLAR )

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "Spero" hospitalın dəstəyi ilə Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin ödənişsiz göz müayinəsi aparılıb. 
Qaynarinfo xəbər verir ki, müayinəni oftalmoloq cərrah Günel Xalıqverdiyeva həyata keçirib. O, gözlərində problem aşkarlanan şəhid xanımları və övladlarına  lazımi müalicə kursu və eynək təyin edib, digər şəxslərə isə gözlərin qorunması üçün zəruri məsləhətlər verib. 
Oftalmoloq, həmçinin, həkim yoldaşlarını bu kimi təşəbbüslərə qoşulmağa çağırıb 
Müayinə prosesində iştirak edən Birliyin rəhbəri Sevinc Fədai "Spero" hospitalına və tibb mərkəzinin əməkdaşı Günel Xalıqverdiyevaya təşəkkürünü bildirib. 
Qeyd edək ki, şəhid ailələrinin göz müayinəsi mütəmadi olaraq davam etdiriləcək.