Xəbər lenti

"Səhranın bəyaz günəşi"nin "Abdulla”sı ağır vəziyyətdə reanimasiyaya düşdü
Dünya10:58 17.02.2021

"Səhranın bəyaz günəşi"nin "Abdulla”sı ağır vəziyyətdə reanimasiyaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcü aktyor Kaxa Kavsadze Birinci Universitet Klinikasının reanimasiya şöbəsinə yerləşdirilib. 
Qaynarinfo bildirir ki, bu haqda Imedi TV xəbər yayıb.
Klinikadan verilən məlumata görə, qəbul zamanı 85 yaşlı aktyorun vəziyyəti ağır olub. Ona tənəffüs çatışmazlığı və sətəlcəm diaqnozu qoyulub.
"Səhhəti ağır idi. İndi nisbətən yaxşıdır, amma yenə də reanimasiyada qalır”, - klinikanın direktoru Lali Turdzeladze deyib.
Gürcüstan SSR xalq artisti əvvəllər koronavirus xəstəliyindən müalicə almış və keçən ilin dekabrında sağalmışdı.
Kaxi Kavsadze hələ də Şota Rustaveli adına Tbilisi Akademik Teatrının aparıcı aktyorudur. Kavsadzenin "Veriya məhəlləsinin melodiyaları", "İstək ağacı", "Tövbə", "Don Kixot və Sançonun yaşayışı" və s. kimi filmlərdə 80-dən çox rolu var. 
Tamaşaçılar onu daha çox Vladimir Motılın "Səhranın bəyaz günəşi" filmindəki Qara Abdulla roluyla tanıyılar. 
Alpər